HAQQIMIZDA

Addım-addım daha yaxşı gələcək yaradırıq

Kirəmit sektorunun lider şirkətlərindən olan Özkirəmit tikinti sahəsində öz keyfiyyəti və peşəkarlığı ilə tanınır. Müştərilərin zövq və ehtiyaclarına uyğun dam örtüklərini təmin etmək bizim əsas məqsədimizdir.

HAQQIMIZDA

Güvən altında yaşam üçün ehtiyacınız olan hər şeyin vahid ünvanı.

Özkirəmit 2008-ci ildə Bashak Group MMC-nin bir tərkib hissəsi kimi yaradılmışdır. İllərin təcrübəsi, peşəkar komanda və sosial məsuliyyət hissi bizi fərqləndirən əsas xüsusiyyətlərdəndir. Həyata keçirilən layihələrin sahəsi 2.5 milyon kvadratmetri keçmişdir. 200-dən çox komanda üzvü olan Özkirəmit hər bir əməkdaşına xüsusi qayğı və diqqətlə yanaşır və onlar üçün təhlükəsiz iş şəraitinin yaradılması üçün bütün lazımi tədbirləri görmüşdür.

Yarandığı gündən Azərbaycanın kirəmit dam örtükləri bazarında seçilməyi bacaran şirkət müştərilərin etibarını qazanaraq günü-gündən özünü inkişaf etdirməkdə davam edir. Hər kəsin zövqünə xitab etmək və ehtiyaclara uyğun həllər təqdim etmək üçün şirkətimiz əlaqələrini genişləndirərək Avropa və Türkiyənin məşhur kirəmit istehsalçıları olan SSQ, WIENERBERGER, KORAMIC, KILIÇOĞLU, MEGARON, GÜROK KİREMİT, ONUR KİREMİT kimi şirkətləri ilə əməkdaşlığa imza atmışdır.

İLLƏRLƏ QAZANILMIŞ TƏCRÜBƏ

19+

MOTİVASİYALI İŞÇİLƏR

200+

LAYİHƏLƏRİN ÜMUMİ SAHƏSİ, M2

2550000+

Missiyamız

Sınaqdan çıxmış ənənə ilə müasir qabaqcıl həlləri birləşdirərək şəxsi və korporativ layihələr üçün estetik gözəllik, sağlamlıq, ekoloji məsuliyyətlilik, keyfiyyət və sərfəlilik baxımından ən uyğun həlləri vermək!

DƏYƏRLƏRİMİZ

Bir şirkət olaraq müştəri və komanda üzvləri ilə münasibətlərin tənzimlənməsi üçün şirkət dəyərlərimiz bizim üçün vacib və toxunulmaz bir faktordur. İcra etdiyimiz hər bir layihə istisinasız olaraq bu dəyərlərə əsaslanaraq həyata keçirilir.

01
Ciddilik və Öhdəlik
İstər əməkdaş olsun istər müştəri. Mövzu işdirsə bizim üçün ciddilik önəmlidir. Məsuliyyətimizdə olan hər bir işin qüsursuz yerinə yetirilməsi üçün bunu vacib amil hesab edir və üzərimizdə olan bütün öhdəliklərin yerinə yetirilməsinə cavabdehik.
02
Təvəzökarlıq və Dürüstlük
Komanda , əməkdaş və müştəri münasibətlərində dürüst və təvəzökar olmaq bizim özünəxas dəyərimizdir. Problem yaşana bilər, lakin bunun vaxtında aşkarlanıb doğru şəkildə həll olunması üçün bu dəyər prinsipcə şirkətimizin təməl ehtiyacıdır
03
Sosial məsuliyyət və Təhlükəsizlik
İstər müştəri olsun, istərsə də əməkdaş. Mövzu insanların həyatı və təhlükəsizliyidirsə bu bizim üçün hər şeydən daha önəmlidir. Əməkdaşlarımız üçün təhlükəsiz iş şəraitini yaratmaq bizim əsas vəzifələrimizdəndir.
04
Qarşılıqlı yardım və Həmrəylik
İş prosesi zamanı bir-birimizdən öyrənərək inkişaf edir və bunu özümüzün əvəzsiz xüsusiyyəti hesab edirik. Qarşılıqlı yardım və həmrəylik bizi uğura aparan əsas amillərdəndir. Bu bir şirkət olaraq inkişafın göstəricisidir.

SİZİN ÜÇÜN MÜKƏMMƏL HƏLLƏRİMİZ MÖVCUDDUR

Dam və fasad
layihəniz var?

BİZƏ ETİBAR EDİN